Feysbukdan ermənilərə Melkonyan şoku – Milli qəhrəmanlarını…backend

Feysbukdan ermənilərə Melkonyan şoku – Milli qəhrəmanlarını…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Feysbuk sosial şəbəkəsi Monte Melkonyanı terrorçu kimi qeydə alıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu, Ermənistanın ombudsmanı Arman Tatoyanın açıqlamasından məlum olub.

O, “Ermənistanın milli qəhrəmanı” Monte Melkonyanla bağlı fotoşəkillər və paylaşımların feysbuk tərəfindən bloklandığını deyib. Bununla əlaqədar sözügedən sosial şəbəkənin administrasiyasına müraciət etdiyini bildirib. Tatoyan bunu “qəbuledilməz” adlandırıb.

Ondan əvvəl Xankəndidəki separatçıların nümayəndəsi Artak Beqlaryan da feysbukda Melkonyanla bağlı paylaşımlara məhdudiyyətlərin tətbiq edildiyini açıqlamışdı.

Feysbuk administrasiyası sosial şəbəkədə terrorizm və radikalizmin təbliğatını qadağan edir.

Terrorçu Monte Melkonyan Birinci Qarabağ Müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilmişdi.