Fransa xüsusi təyinatlıları tətilə başlayıblarbackend

Fransa xüsusi təyinatlıları tətilə başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa xüsusi təyinatlıları tətilə başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.

“Biz hər şeyi qurban veririk: iş vaxtından artıq işləyəndə vaxtımızı, şəxsi həyatımızı. Amma kompensasiyaya gəlincə, biz unuduluruq”, – tətilçilərdən biri deyib.

Polis əməkdaşları tətilə bu həftə başlayıb və tələbləri yerinə yetirilənə qədər davam edəcəklərini bildiriblər. Həmkarlar ittifaqı nümayəndələrinin telekanala verdiyi məlumata görə, BRI işçiləri iş vaxtından artıq işə görə mükafatların artırılmasında israr edirlər və həmçinin onların işlərinin mürəkkəbliyi və təhlükəsinin tanınmasını tələb edirlər.

Bundan əvvəl, Finlandiyada təxminən 50 il ərzində ilk polis tətili başladı. Buna səbəb kimi maaş artımı ilə bağlı problemlər olduğu bildirilir.