Fransada etirazçılar zooparkdakı heyvanları azad edirbackend

Fransada etirazçılar zooparkdakı heyvanları azad edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaosun davam etdiyi Fransada etirazçılar zooparkdakı heyvanları buraxmağa başlayıblar. Paris küçələrində 3 şir, 1 fil, meymun və bir neçə zebra görüntülənib.

NOCOMMENT xəbər verir ki, bütün dünya Fransadan gələn görüntüləri narahatlıqla izləyərkən, etirazçılar küçələri döyüş meydanına çeviriblər.

Ölkədə komendant saatı elan edilərkən bəzi nümayişçilərin Fransa bayraqlarını yandırdığı görülüb.

Makron daha çox polisin küçələrə çıxacağını açıqladı, lakin buna baxmayaraq, nümayişçilərin geri çəkilmək niyyətində olmadığı görünür.

Çoxlu məntəqələri qarət edən və polislə toqquşan nümayişçilər bu dəfə marşrutu zooparka çeviriblər.