Gəmi qəzasında ölənlərin sayı 67-yə yüksəldibackend

Gəmi qəzasında ölənlərin sayı 67-yə yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada gəmi qəzasında həyatını itirənlərin sayı 67-yə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, səlahiyyətlilər, gəmi qəzasında həyatını itirənlərin sayının 67-yə yüksəldiyini, axtarış-xilasetmə qruplarının daha 2 uşağın cəsədini tapdığını və faciədə həyatını itirən uşaqların sayının 16-ya çatdığını açıqlayıb.

Nümayəndələr hələ də bir çox insandan xəbər almadıqlarını bildiriblər.

Qeyd edək ki, miqrantların olduğu İtaliyaya tərəf yola düşən gəmi Avropa İttifaqının (Aİ) sərhəd agentliyi “Frontex” tərəfindən aşkarlanıb.

“Frontex” əlverişsiz hava şəraiti səbəbindən qayıqla əlaqə qurmağın  mümkün olmadığını açıqlayıb.

NOCOMMENT.AZ