Gəncə işi ilə bağlı tutulan şəxs həbsdə vəfat etdibackend

Gəncə işi ilə bağlı tutulan şəxs həbsdə vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəncə işi” ilə bağlı tutulan Müşfiq Qurbanov bu gecə Bakı İstintaq Təcridxanasında vəfat edib.

Bu barədə NOCOMMENT-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.

Məlumata görə, o, ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Müşfiq Cümşüd oğlu Qurbanov 2020-ci il yanvarın 17-də Bakıya gətirilmişdi. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələri zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin Konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunurdu.