Gəncədə məktəbli “PUBG” qurbanı oldubackend

Gəncədə məktəbli “PUBG” qurbanı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur mobil oyun “PUBG” bəhanəsi ilə azyaşlını tələyə salan şəxs ailə büdcəsinə ağır zərbə vurub. Qorxu və təhdid altında qalan uşaq aylarla evlərindən minlərlə manat daşıyıb.

NOCOMMENT.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində İmran Əsədovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Mikayıl Məmmədzadənin çıxardığı hökmə əsasən, o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarından məlum olur ki, hadisələr 2023-cü ilin aprel ayında başlayıb. İmran bibisi oğlu vasitəsilə tanıdığı məktəbli N.N.-ə oyun hesabı və “UC” valyutası satacağını vəd edib. Bu bəhanə ilə uşaqdan 22 min manat tələb edən şəxs azyaşlını və ailəsini öldürməklə hədələyib. Psixoloji təzyiqə dözməyən uşaq evdən atasının pullarını oğurlayaraq İmrana ötürüb.

Doymaq bilməyən cinayətkar avqust ayında yenidən hərəkətə keçərək eyni üsulla daha 18 min manat tələb edib. Ümumilikdə zərərçəkmiş ailəyə 40 min manat civarında maddi ziyan dəyib. Məhkəmədə günahını boynuna alan İmran pulları şəxsi ehtiyaclarına və oyunlara xərclədiyini etiraf edib. (pravda.az)