Gəncənin atəşə tutulması nəticəsində ölən və yaralananlar barədə SON MƏLUMATbackend

Gəncənin atəşə tutulması nəticəsində ölən və yaralananlar barədə SON MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib”, – deyə qeyd olunub. APA