“Google”milyonlarla hesabı silməyə hazırlaşırbackend

“Google” milyonlarla hesabı silməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google” böyük bir yenilənmə elan edərək 2021-ci ildən bəri istifadə olunmadığı aşkar edilən milyonlarla hesabı həmişəlik siləcək.

NOCOMMENT.az xəbər verir ki, yeni siyasətin fırıldaqçılıq və hesab oğurluğuna qarşı tədbirlər görmək məqsədi daşıdığı bildirilib.

Ləğvetmə ən azı iki il ərzində istifadə olunmayan və ya daxil olmayan “Gmail”, “Drive” və “Fotolar” hesablarını əhatə edəcək.

“Google” yeni siyasətin ilk növbədə təhlükəsizlik məqsədləri üçün olduğunu, köhnə hesabların tez-tez spam, fişinq fırıldaqları və hakerlik kimi təhdidlərə qarşı daha həssas olduğunu açıqlayıb.

NOCOMMENT.AZ