Güləşçimiz dünya ikincisi oldubackend

Güləşçimiz dünya ikincisi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.

63 kq-da çıxış edən Ziya Babaşov isə bürünc medal uğrunda görüşdə yaponiyalı Ryuto İkedanı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən, məğlub olan Azərbaycan təmsilçisi 5-ci yerlə kifayətlənib.