Paşinyandan Aİİ açıqlaması: "Əməkdaşlığın gücləndirilməsi prioritetimizdir"

Paşinyandan Aİİ açıqlaması: "Əməkdaşlığın gücləndirilməsi prioritetimizdir"

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) təməl prinsiplərinə sadiqliyini ardıcıl olaraq davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib. O qeyd edib ki, Aİİ dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi Ermənistanın xarici siyasət və xarici iqtisadi prioritetlərindən biri olaraq qalır və bu yanaşma yeni hökumətin proqramında da əksini tapacaq.

Lakin Paşinyan ittifaqın fəaliyyətində bəzi çatışmazlıqlara da toxunub:

"Əməkdaşlığın təməlində duran prinsiplərdən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir. Təəssüf ki, praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir."

Sara,
NOCOMMENT.az