2 yaşlı körpə pnevmoniyadan öldü

2 yaşlı körpə pnevmoniyadan öldü

Gəncədə 2 yaşlı qız uşağı vəfat edib.

TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, iyunun 30-da saat 11:30 radələrində 2024-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bildirilib ki, serebral iflicdən əziyyət çəkən uşağın həyatını xilas etmək üçün reanimasiya tədbirləri görülsə də, o, törədicisi müəyyən olunmamış pnevmoniya və ağciyər-ürək çatışmazlığı səbəbindən iyulun 1-də vəfat edib.