22 yaşlı qadın bıçaqlandı: son durumu açıqlandı- Həmyaşıdı tutuldu

22 yaşlı qadın bıçaqlandı: son durumu açıqlandı- Həmyaşıdı tutuldu

04.12.2025-ci il tarixində saat 19:50 radələrində 2003-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib

Bildirilib ki, boğaz, qarın nahiyəsinin və döş qəfəsinin daxilə keçmiş kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

***

Gəncədə gənc qadına bıçaqla xəsarət yetirən şəxs tutulub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. İsmayılovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı A. Mahmudov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***00:02

Gəncədə bıçaqlanma olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Savxoz adlanan ərazisində baş verib.

Şəhər sakini 2003-cü il təvəllüdlü qadın 5 bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Gənc qadın əməliyyat edilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.