Zelim qızıl, Hidayət bürünc qazandı

Zelim qızıl, Hidayət bürünc qazandı

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisinin iki üzvü fəxri kürsüyə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda avstriyalı rəqibi Bernd Faşinqi məğlub edərək qızıl medala sahib çıxıb. Bu, onun karyerasında Qran-pri turnirlərində qazandığı ilk qızıl medal olub.

Olimpiya çempionu Hidayət Heydərov isə karyerasında ilk dəfə 81 kq çəki dərəcəsində medal əldə edib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Eqor Suxoparova qalib gələrək Sindao Qran-prisinin bürünc medalını qazanıb.