"Səni belə ölüm-dirim savaşı verən halda görəcəyimə inanmazdım"

"Səni belə ölüm-dirim savaşı verən halda görəcəyimə inanmazdım"

Rəqqasə Fatimə Fətəliyeva anası ilə bağlı duyğusal paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, sənətçi anası Səkinə xanıma ünvanladığı sözlərlə onun bir müddət əvvəl ağır xəstəlik keçirdiyini və sağaldığı yazıb. Fatimə həmin günləri həyatının ən çətin sınağı adlandırıb.

“Səni bu qədər halsız, ölüm-dirim savaşı verən halda görəcəyimə heç vaxt inanmazdım. O günlər mənim həyatımın ən ağır imtahanı idi. Amma Allah bizə güc verdi. Sənə yenidən həyata qayıtmaq gücü verdi, mənə isə səni itirməmək üçün səbir və ümid verdi” deyə o, paylaşımında yazıb.

Fatimə bildirib ki, atasını 19 yaşında itirdikdən sonra ən böyük dayağı anası olub. Rəqqasə anasının ailəsi üçün göstərdiyi fədakarlıqlardan bəhs edərək ona uzun ömür və cansağlığı arzulayıb:

“Sən mənim sağ əlimsən, sol əlimsən. Bu həyatda məni irəli aparan, arxamda dağ kimi duran ən böyük varlığımsan. Allah səni mənə uzun ömürlü, sağlam və xoşbəxt etsin”./Axşam.az/