Tovuzda evdən qadın meyiti tapılıb.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb.
Belə ki kənd sakini 1996-cı il təvəllüdlü D.Musayevanın meyiti yaşadığı evdən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Ölümün səbəbləri araşdırılır .












