İranda yüksək vəzifəli məmur qəzada öldü

İranda yüksək vəzifəli məmur qəzada öldü

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrində (HDQ) siyasi məsələlər üzrə müavin Məhəmməd Əkbərzadə ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, hadisə İranın Kirman əyalətində baş verib. Məlumata görə, M.Əkbərzadənin idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Hadisə yerinə dərhal xilasedicilər cəlb edilib və o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sara,

NOCOMMENT.az