ABB "m10"la əməliyyatları bu səbəbdən dayandırıb

ABB "m10"la əməliyyatları bu səbəbdən dayandırıb

ABB-nin "m10"la bəzi ödəniş əməliyyatlarını dayandırmasının səbəbi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Plat.az-a "PashaPay" şirkətindəki etibarlı mənbədən məlumat verilb.

Mənbənin bildirdiyinə görə, buna səbəb tərəflər arasında müddəti bitən müqavilənin köhnə şərtlərlə davam etdirilməməsi olub.

Məlumata görə, tərəflər arasında əməkdaşlıq müqaviləsinin müddəti iyun ayının 23-də bitib. ABB yeni müqavilə üzrə komissiyaların artırılmasını istəyib. Hətta 10%-dək komissiya müəyyən edildiyi bildirilib. Bu şərtlər isə ödəniş təşkilatını qane etməyib. Ona görə də ABB kartlarından "m10" hesablarına köçürmələr, "m10" tətbiqindən ABB kartlarına vəsait köçürülməsi iyunun 24-dən dayandırılıb.

Məlumata görə, xüsusilə də “Sədərək” kimi iri ticarət mərkəzlərində satıcılar daha çox ABB və m10 üzərindən köçürmələrdən istifadə edir. Əməkdaşlığın dayandırılması bu satıcıların fəaliyyətinə mənfi təsir edib.

Xatırladaq ki, ABB və m10 iyunun 23-də əməliyyatların dayandırılması ilə bağlı müştəriləri xəbərdar etsələr də, rəsmi qaydada hər hansı bir səbəb açıqlamayıblar.