44 günlük müharibədə iştirak edən zabit həbs olunub - Ermənistanda

44 günlük müharibədə iştirak edən zabit həbs olunub - Ermənistanda

Ermənistanda 2020-ci ildə 44 günlük müharibədə iştirak etmiş keçmiş alay komandirinin müavini, polkovnik Edik Maloyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "New Day" nəşri məlumat yayıb.

Məlumata görə, polkovnikin Ermənistanın Araqatsotn vilayətinin Talin şəhərindəki mənzilində hüquq-mühafizə orqanları tərəfindən axtarış həyata keçirilib və bundan sonra zabit saxlanılıb.

Ermənistanın İstintaq Komitəsi həbs faktını "Sputnik Armenia"ya təsdiq etsə də, açılmış cinayət işinin hansı səbəblə bağlı olduğunu bildirməyib.

Məlumat üçün qeyd edək ki, E.Maloyan 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib.\\oxu.az