Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, mərkəzi Klinikadan Musavat.com-a bildirilib ki, şairin vəziyyəti ağır stabil olaraq qalır. Hazırda onun kompleks müalicəsi davam etdirilir.
Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost isə Musavat.com-a açıqlamasında bildirib ki, həkimlər şairin vəziyyətini diqqətdə saxlayırlar:
"Nəriman bəyə verilən yuxu dərmanları dayandırılıb. Huşunun özünə gəlməsini gözləyirik. Həkimlər deyirlər ki, səbirlə gözləyək".
Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.












