Fərid Qayıbov DÇ-2026-nın matçlarına baxırmı?

Fərid Qayıbov DÇ-2026-nın matçlarına baxırmı?

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının oyunlarını izləyir.

NOCOMMENT.az bildirir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Nazir saat fərqi ilə əlaqədar bəzi matçlara baxa bilmədiyini söyləyib:

“Dünya çempionatını izləyirəm. Sadəcə, gecə baş tutan bəzi matçlara baxa bilmirəm. Amma baxa bilmədiyim oyunların hesablarını, daha sonra isə matçın icmalını izləməyə çalışıram”.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.