Bakıda qanunsuz onlayn kazinoda oynayan şəxs cərimələndi

Bakıda qanunsuz onlayn kazinoda oynayan şəxs cərimələndi

Bakının Nərimanov rayonunda qumar oynamaqda təqsirli bilinən şəxs müəyyən edilib.

NOCOMMENT.az xəbər verir ki, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Məmməd Vəliyev (ad-soyad şərti verilib – red.) Azərbaycanda qumar oyunları üzrə məsuliyyət yaradan saytına daxil olub və qanunsuz kazino oyunları oynayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, Vəliyev 3 min manat cərimə edilib. /Teleqraf