Türkiyədə CHP-dən ayrılan Özgür Özəlin yaratdığı “Yeni Partiya”ya Almaniyada ilk dəstək gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Almaniya Sosial Demokrat Partiyasının (SPD) sədri Lars Klinqbeyl “Yeni Partiya”ya tam dəstəyini ifadə edərək, bunu demokratiya uğrunda mübarizədə cəsarətli və tarixi yeni bir başlanğıc adlandırıb:
“Hörmətli Özgür, demokratların təhdidlərlə qorxudula bilməyəcəyini göstərirsiniz. Sizə və dostlarınıza həmrəylik içində güclü dəstəyimizi göstərməyə davam edirik”.
Qeyd edək ki, Özəl tərəfindən imzalanan yeni partiyanın təsis ərizəsi Türkiyə Daxili İşlər Nazirliyinə təqdim olunub. Qeydiyyatdan keçiriləcək partiyanın adı "Yeni Partiya"dır.












