6 otaqlı evdə yanğın

6 otaqlı evdə yanğın

Lənkəranda fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi gecə saatlarında Lənkəran rayonunun Cil kəndi ərazisində baş verib.

Belə ki, Elvin Nuriyevə məxsus ümumi sahəsi 480 kv olan, 2 mərtəbəli, 6 otaq və 1 aynabənddən ibarət fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Dərhal hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 3 texnikası və 16 nəfər canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə alov lokallaşdırılıb. Qısa müddətdə yanğın söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ailənin 3 azyaşlı övladları var. Yanğın zamanı xəsarət alan olmayıb.

Araşdırmalardan sonra yanğının hansı səbəbdən baş verdiyi məlum olacaq.

Qeyd edək ki, yanğın səbəbinə görə Cil və Şağlaser kəndlərində elektrik enerjisinin verilişində iki saata yaxın fasilə yaranıb.

Faktla bağlı araşdırma davam etdirilir.