92 yaşlı qadın Çində "Qocalar evi"ndən qaçdı - VİDEO

92 yaşlı qadın Çində "Qocalar evi"ndən qaçdı - VİDEO

Çində qeydə alınan maraqlı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, Şandun əyalətinin Yantay şəhərində yerləşən qocalar evində yaşayan 92 yaşlı qadının müəssisədən çıxmaq üçün göstərdiyi çeviklik diqqət çəkib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə yaşlı qadının təxminən 2,15 metr hündürlüyündə olan dəmir darvazaya dırmaşaraq qısa müddətdə qarşı tərəfə keçdiyi əks olunub.

Qocalar evinin əməkdaşları qadının yerində olmadığını gördükdən sonra təhlükəsizlik kameralarının qeydlərini araşdırıblar. Kadrlarda onun böyük çevikliklə hündür maneəni aşdığı görünür.

Məlumata görə, qadının boyu təxminən 1,6 metr olsa da, darvazanı keçməkdə çətinlik çəkməyib. Hadisə qocalar evinin əməkdaşlarını təəccübləndirib.

Müəssisə rəhbərliyi bildirib ki, yaşlı qadın Alzheimer xəstəliyindən əziyyət çəkir. Hadisədən sonra dərhal axtarış işlərinə başlanılıb və əməkdaşlar onun tapılması üçün səfərbər olunublar.

Təxminən 25 dəqiqə davam edən axtarışlardan sonra qadın qocalar evinin yaxınlığında aşkarlanıb. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu və heç bir xəsarət almadığı bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilərin marağına səbəb olub və çoxsaylı şərhlər toplayıb./milli.az/