Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı müxalifətə qarşı hədələyici ritorikasını daha da gücləndirib. İyunun 17-də Milli Məclisdə keçirilən saatlıq hökumət müzakirələri zamanı (müxalifətin boykot etdiyi iclasda) Paşinyan eks-prezidentlər və keçmiş oliqarx-liderləri birbaşa hədəf alaraq, onları gələcək nəsillər üçün təhlükə adlandırıb.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir 2021-ci il seçkiləri zamanı baş vermiş seçki rüşvəti faktlarının hələ də tam araşdırılmadığını və bu işlərdə heç kimin həbs olunmadığını təəssüflə qeyd edib. O, müxalifəti parlament zalında "Arsax" (Qarabağ) bayraqlarını yerləşdirdikləri üçün kəskin tənqid edərək, bu addımın regiondakı təhlükəsizlik arxitekturasını şübhə altına aldığını bildirib.
Paşinyan öz siyasi opponentlərini – Robert Köçəryan, Samvel Karapetyan və Qagik Tsarukyanı "üçbaşlı müharibə partiyası" adlandıraraq, onlara qarşı sərt tədbirlər görəcəyini vəd edib:
"Bu qüvvələri hələ cücərti halındaykən kökündən məhv etməliyik. Onlar gələcək nəsillərimiz üçün təhdiddir və bu 'üçbaşlı müxalifəti' məhv etməkdə qərarlıyıq".
Sara,










