Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan Texnologiya Universitetinin professoru dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Аizika-riyaziyyat elmləri doktoru, professor Şəmsəddin Mütəllimov vəfat edib.

Ümumi və Tətbiqi Riyaziyyat kafedrasının sabiq professoru Ş. Mütəllimov 1979-cu ildən Azərbaycan Texnologiya Universitetində əmək fəaliyyətinə başlayıb, baş müəllim, dosent, kafedra müdiri, dekan və rektor vəzifələrində çalışıb.