Lənkəranda qəzada piyada ağır xəsarət alıb.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralının 206-cı km-də Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1980-cı il təvəllüdlü İslam Məhərrəməli oğlu Əkbərov idarə etdiyi "FİAT" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən piyada Lənkəran rayon Aşağı Nüvədi kənd sakini 1968-ci il təvəllüdlü Ağgül Təyyar qızı Bağırovanı vurub. Sürücü piyadanı idarə etdiyi nəqliyyat vasitəsinə qoyaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırıb.
Ağır xəsarət alan A.Bağırovaya ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Sara,













