Azərbaycanda dəhşətli qəza – 2 ölü, 2 yaralı – VİDEO – YENİLƏNİB

Azərbaycanda dəhşətli qəza – 2 ölü, 2 yaralı – VİDEO – YENİLƏNİB

***
00:13

Göygöldə ağır yol qəzası baş verib.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumatlara əsasəsn, hərəkətdə olan minik maşını idarəetməni itirərək aşıb. Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Qəza nəticəsində sürücü 1999-cu il təvəllüdlü Elvin Mamedov və 2009-cu il təvəllüdlü İsbi Alıyev hadisə yerində ölüb, 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov isə ağır yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.