Türkiyənin İzmir vilayətinin Dikili rayonunda güclü meşə yanğını olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.
Güclü yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaşayış məntəqələrinə çatıb.
Yanğının söndürülməsi üçün əraziyə xeyli sayda yanğınsöndürmə briqadası cəlb olunub.











