2 və 3 otaqlı mənzillər vətəndaşlara pulsuz veriləcək

2 və 3 otaqlı mənzillər vətəndaşlara pulsuz veriləcək

Sosial Xidmətlər Agentliyi Yardımlı rayonunda əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzillə təmin edilməsi məqsədilə satınalma elan edib.

NOCOMMENT.az məlumatına görə, satınalmanın ehtimal olunan dəyəri 2 milyon 585 min manat təşkil edir.

Layihəyə əsasən, Yardımlı rayonunda ümumilikdə 32 mənzil alınması nəzərdə tutulur. Bunlardan 10-u üçotaqlı, 18-i ikiotaqlı, 4-ü isə birotaqlı olacaq.

Alınacaq mənzillərin əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim edilməsi planlaşdırılır. Layihənin məqsədi bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların sosial təminatının gücləndirilməsidir. Baku.ws