Lənkəranlı 136 yaşlı qadın dünyasını dəyişib.
NOCOMMENT.az-ın Cənub Bürosunun bürosunun verdiyi xəbərə görə, Azərbaycanın ən yaşlı sakini Lənkəranlı 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.
136 yaşlı Tamam Əzizova həyat yoldaşını gənc yaşlarından itirib. O, dörd övladını tək böyüdüb.
Qeyd edək ki, T.Əzizova 5 gün idi Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ağır vəziyyətdə idi.
NOCOMMENT.az











