Bu ölkənin prezidenti təhdid edildi - Öldürülə bilə

Bu ölkənin prezidenti təhdid edildi - Öldürülə bilə

Serbiya Prezidenti Aleksandr Vuçiçə sui-qəsd təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya Təhlükəsizlik və İnformasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət Prezidentin Monteneqroda keçiriləcək Avropa İttifaqı (Aİ)- Qərbi Balkan sammitinə gözlənilən səfərindən gedir.

Kəşfiyyat məlumatlarına görə, Kavaçki klanının başçısı Radoje Zviçer Monteneqrodadır.

“Bütün peşəkar və məsuliyyətli davranışlara zidd olaraq, Monteneqroda görüşü keçirən xidmətdən dəfələrlə tələb olunan təhlükəsizlik qiymətləndirməsi bizə təqdim edilməyib”, – deyə Serbiya Təhlükəsizlik Şurası əlavə edib.

Qeyd edək ki sözügedən sammit 5 iyunda baş tutacaq. Tədbir Monteneqronun sahilyanı şəhəri olan Tivat şəhərində keçiriləcək.\\