Bakı metrosunda ölən kişi görün kimin qardaşıdır

Bakı metrosunda ölən kişi görün kimin qardaşıdır

Xəbər verdiyimiz kimi, iyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Bakı Metropoliteninin “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşüb və yaxınlaşan qatarın altında qalaraq ölüb.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, faciəli şəkildə dünyasını dəyişən Ş.Abdullayev tanınmış şəxsin qardaşıdır. Belə ki, Şərafəddin Abdullayevin qardaşı Səxavəddin Abdullayev uzun illər Daxili İşlər Nazirliyinin Maliyyə-plan İdarəsinin rəisi vəzifəsində çalışıb və polis polkovnikidir.

Səxavəddin Abdullayev daha əvvəl Maliyyə Nazirliyində də vəzifədə çalışıb.

Mərhum Ş.Abdullayevin isə daha əvvəl Fövqəladə Hallar Nazirliyində çalışması və təqaüddə olması bildirilib.