Bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib.
NOCOMMENT.az xəbər verir ki, “Mercedes” markalı avtomobil kişi piyadanı vurub.
O aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.












