Bakı–Sumqayıt avtomobil yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, ilkin məlumata görə, qəza Kia, Opel və BYD markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı nəqliyyat vasitələri bir-birinə çırpılıb və yolda qısa müddətlik sıxlıq yaranıb. Qəza səbəbilə əraziyə dərhal yol polisi əməkdaşları cəlb olunub.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.












