Bakıda 32 yaşlı qadın itkin düşüb

Bakıda 32 yaşlı qadın itkin düşüb

Xəzər rayon sakini 32 yaşlı Aygün Həsənova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

NOCOMMENT.az xəbər verir ki, иu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

“A.Həsənovanın əlamətləri: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli şalvar və qara rəngli jaket olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.