Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, “Report”un məlumatına görə, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Şəbnəm Əsgərova xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.












