Türkiyənin uzunömürlü seriallarından biri olan “Arka Sokaklar”ın gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Kinorejissor Türker İnanoğlunun vəfatından sonra serialın prodüserliyini Kanal D-nin daxili istehsal şirkəti D Media həyata keçirirdi. Lakin son məlumatlara görə, D Media-nın fəaliyyətini dayandıracağı və “Arka Sokaklar” üçün yeni
prodüser şirkətinin axtarıldığı bildirilir.
Məlumata əsasən, mövsümün sonunda serialın sentyabr ayında davam edib-etməyəcəyi ilə bağlı komandaya dəqiq məlumat verilməyib. Bu səbəbdən bəzi aktyorlar yeni layihələrlə bağlı razılaşmalar əldə edib.
Tamaşaçılardan gələn böyük maraq və tələblər nəzərə alınaraq serialın ekran həyatını davam etdirməsi üçün müxtəlif variantlar müzakirə olunur. Hazırda bir neçə prodüser şirkəti ilə danışıqlar aparıldığı qeyd edilir.
Yeni layihə ilə müqavilə imzalamayan aktyorlardan isə bir neçə həftə gözləmələri xahiş olunub.
Əgər danışıqlar müsbət nəticələnsə, “Arka Sokaklar”ın 21-ci mövsümünün çəkilişlərinə başlanması gözlənilir. Serialın taleyi ilə bağlı yekun qərarın yaxın həftələrdə açıqlanacağı bildirilir. (Demokrat.az)











