Suqovuşanda işçi qrupu daşıyan mikroavtobus aşıb.
NOCOMMENT.az-ın xəbərinə görə, qəza ötən gecə Suqovuşan ərazisində baş verib.
Belə ki, “Hyundai” markalı, 77 JZ 716 dövlət nömrə nişanlı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)













