Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Gəncədə gənc qızın meyiti aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü S.Sadıqovanın yaşadığı evdə cansız bədəni aşkarlanıb.

Hazırda gənc qızın ölüm səbəbi və hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Faktla əlaqədar Gəncə Şəhər Prokurorluğunda müvafiq iş başladılıb./yenisabah/