Bakıda özünü binadan atan oğlan 52 yaşlı kişinin üstünə düşüb, hər ikisi ölüb

Bakıda özünü binadan atan oğlan 52 yaşlı kişinin üstünə düşüb, hər ikisi ölüb

Bakıda intihar hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Orucov Yaftum Yaşar oğlu özünü 16-cı mərtəbədən atıb.

Bu zaman o, həyətdə olan 1972-ci il təvəllüdlü Məmiyev Namiq Abı oğlunun üzərinə düşüb.

Onların hər ikisi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.