Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olan soyuq hava kütlələri nəticəsində paytaxtımıza qar yağır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın bir sıra prospektlərində sürət həddi aşağı salınıb. Bununla belə, yay şinləri ilə hərəkət avtomobillər yoxuşları qalxmaqda çətinlik çəkib.
Bakı Şəhər Mənzil Kommunal təsərrüfatı departamentinin texnikası əraziyə cəlb edilib, yol təmizlənib.












