Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yol qəzası Xocalı prospektində qeydə alınıb.
Belə ki, “Baku Bus” MMC-yə məxsus 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcından keçərkən motosikletlə toqquşub.
Hadisə zamanı motosikletçi avtobusun təkəri altında qalıb, komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.












