Baş Prokurorluqdan ölüm faktı ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan ölüm faktı ilə bağlı AÇIQLAMA

Bakıda özəl klinikada ölüm faktı ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu daxil olub.

NOCOMMENT.az-ın məlumatına əsasən, daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluqdan bildirilib ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Mediacare” klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.