Şakir Hüseyn Baş direktorun müavini vəzifəsinə təyin olundu

Şakir Hüseyn Baş direktorun müavini vəzifəsinə təyin olundu

“Hədəf” Şirkətlər Qrupunda yeni kadr təyinatı olub.

NOCOMMENT.az xəbər verir ki, Şakir Hüseyn Baş direktorun elm və təhsil üzrə müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ş.Hüseyn təhsil sahəsində uzunillik pedaqoji və idarəçilik təcrübəsinə, elmi fəaliyyətə və innovativ təhsil yanaşmasına malikdir.

O, Naxçıvan Dövlət Universitetində tarix ixtisası üzrə ali təhsil alıb, Bakı Dövlət Universitetində magistratura təhsilini başa vurub, hazırda isə Azərbaycan Dövlət Pedaqoji Universitetində doktorantura təhsilini tamamlayaraq elmi fəaliyyətini davam etdirir. Ş.Hüseyn çoxsaylı elmi məqalələrin müəllifidir.

Peşəkar fəaliyyətinə tarix müəllimi kimi başlayan Şakir müəllim 2012-ci ildən etibarən Hədəf ailəsinin üzvü olub, müxtəlif dövrlərdə müəllim, direktor müavini, filial müdiri, tədris rəhbəri və Elm və Təhsil Departamentinin icraçı direktoru kimi fəaliyyət göstərib. (İqtisadiyat.az)