Beyləqanda azyaşlı öldü

Beyləqanda azyaşlı öldü

04.12.2025-ci il tarixində saat 23:00 radələrində Beyləqan rayonunda 2024-cü il təvəllüdlü azyaşlı (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən ölü vəziyyətdə gətirilib.

Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib

***

Beyləqanda azyaşlı ölüb.

NOCOMMENT.az -ın yerli bürosunun xəbərinə görə, Beyləqan rayon Əlinəzərli kənd sakini 2024-cü il təvəllüdlü Allahverdiyev Uğur Nicat oğlunun səhhəti pisləşib.

Ailəsi U.Allahverdiyevi xəstəxanaya apararkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.