Paytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baku.ws-in “Qaynar xətt”inə görüntülər daxil olub.
Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.
Məlumatda o da bildirilib ki, partlayış zamanı xəsarət alanlar var.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.
***
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
Bu barədə NOCOMMENT.az –a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40 kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.












