2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində “AzSamand” markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nəticədə 2000-ci il təvəllüdlü Orxan Qurbanov hadisə yerində həlak olub.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, gənc Orxanın dostlarının sosial şəbəkədə paylaşdığı bir foto diqqət çəkib.
Belə ki, həmin fotoda yer alan üç dostun hər biri son iki il ərzində yol-nəqliyyat hadisələrinin qurbanı olub.












