Bərdədə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
NOCOMMENT.az–ın Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.
Kənd sakini 1986-cı il təvəllüdlü Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu (2023-cü il təvəllüdlü ) çimizdirərkən dəm qazından zəhərləniblər.
Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Tibbi müayinədən sonra aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.












