Bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ

Bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ

Paytaxtdakı 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.

Bu barədə BŞTİ-dən NOCOMMENT.az-a bildirilib.

Qeyd edilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır.